AZ

Dörd ay keçsə də, “Sputnik-Azərbaycan” hələ də işləyir...

Azərbaycan XİN-in “Rossiya Seqodnya” media qrupuna məxsus “Sputnik-Azərbaycan” nümayəndəliyinin fəaliyyətinin dayandırıldığını açıqlamasından artıq 4 aya yaxın vaxt keçsə də, agentlik işini faktiki olaraq davam etdirir.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyaya məxsus agentliyin nümayəndəliyi rəsmi statusda olmasa da, Bakıda işini dayandırmayıb.

Belə ki, “Sputnik-Azərbaycan” redaksiyası hələ də əvvəlki qaydada fəaliyyət göstərməklə Azərbaycanın dövlət qurumlarına və qanunlarına hörmətsizlik etməkdə davam edir. Heç nə olmamış kimi adi qaydada işləyən və hələ də maaş alan agentlik xarici ölkənin informasiya siyasətini qeyri-qanuni formada yürütməyə davam edir.

Aylardır Azərbaycan dövlətinin rəsmi qurumlarını və qanunlarını heçə sayan “Sputnik-Azərbaycan”la bağlı məsələyə kökündən baxılmasının vaxtı gəlib desək, yanılmarıq. Unutmamalıyıq ki, kimliyindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün şəxs və qurumlar qanun qarşısında bərabər hüquqi statusa malikdir. Rəsmi dövlət qurumlarının verdiyi qərara digər media subyektləri kimi “Sputnik-Azərbaycan”ın da hörmətlə yanaşmaqdan və bu qərarı icra etməkdən başqa seçimi yoxdur.

Seçilən
27
6
publika.az

6Mənbələr