AZ

AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

 

Senzor.az bildirir ki, bu barədə AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi.

 

“Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar”, - deyə məlumatda qeyd edilib.

 

Xatırladaq ki, bundan əvvəl Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq aviaşirkət Bakı-Təl-Əviv-Bakı (18 iyun-30 iyun) və Bakı-Tehran-Bakı (19 iyun-30 iyun) marşrutları üzrə uçuşları müvəqqəti dayandırmışdı.

Seçilən
9
28
senzor.az

10Mənbələr