AZ

Lerikdə 35 yaşlı qadın qonşuları tərəfindən döyüldü

LERİK, 28 iyun. TELEQRAF

Lerikdə 35 yaşlı qadın qonşuları tərəfindən döyülüb.

Teleqrafın Cənub Bürosu xəbər verir ki, hadisə Lerik rayonunun Zərdəbər kəndində baş verib. Kənd sakini, 35 yaşlı Talkobova Pərvanə Yusif qızının qonşuları – Ruslan və Orxan Əliyev qardaşları tərəfindən döyüldüyü iddia olunur.

Bu barədə zərərçəkənin həyat yoldaşı Rizvan Əliyev məlumat verib.

Xəsarət alan qadın Təcili Tibbi Yardım avtomobili ilə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
14
4
teleqraf.com

7Mənbələr