Çeçenistan lideri Ramzan Kadırov prezident Vladimir Putinə regional Təhlükəsizlik Şurasının katibi, 17 yaşlı Adam Kadırovu ailə həyatına daxil olması münasibətilə şəxsən təbrik etdiyinə görə təşəkkür edib.
KONKRET.az unikal-a istinadla xəbər verir ki, Kadırov bu barədə öz “Telegram” kanalında yazıb.
O qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin təbriki Kadırovlar ailəsinin heç vaxt unutmayacağı diqqət əlaməti olub.
İyunun 27-də Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova 17 yaşlı qardaşı, regional Təhlükəsizlik Şurasının katibi, Çeçenistan liderinin üçüncü oğlu Adam Kadırovun toyunun tezliklə baş tutacağını bildirib.