AZ

Sirkə turşusu içən qadın Bakıya gətirildi



Gəncə şəhərində 50 yaşlı qadın sirkə turşusu içib.

"Medicina.az məlumatına görə,1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib

. İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.



Seçilən
9
12
medicina.az

10Mənbələr