Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.
Viral.az-ın məlumatına görə, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə “lyuk”un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
Son Yazılar:
- 6 ay əvvəl orada yol çökübmüş – Cümşüd “lyuk”a düşməyib
- Şabranda iki yük və minik avtomobilləri toqquşub, sürücü öldü
- Anamın başını divara vurub, atamın dırnaqlarını çıxarıblar
AZTV də sözügedən hadisə ilə bağlı ərazidən süjet hazırlayıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.
Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bildirilir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Cümşüd ailənin tək övladı olub və o hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.
Daha ətraflı süjeti və görüntüləri təqdim edirik: