AZ

Pivədən kütləvi zəhərlənmə: Otel işçiləri turistləri görün nəyə məcbur edib

Misirdə ruslar kütləvi şəkildə spirtli içkidən zəhərləniblər.

Publika.az xəbər verir ki, bu barədə "kp.ru" Misir mətbuatına istinadən məlumat yayıb.

Bildirilib ki, turistlər yerli pivədən zəhərlənib. Onlar özləri qeyd ediblər ki, Misir otellərindən birinin barında “pis yuyulmuş stəkanlarda” spirtli içki qəbul ediblər. İçkinin dadı limonad və kvas qarışığına bənzəyirdi. Ruslar "pivə" içdikdən sonra bir neçə saat ərzində zəhərlənmə əlamətlərini hiss ediblər.

Zərərçəkənlərdən bəziləri hesab edir ki, onlara qəsdən pis pivə verilib və beləliklə, onları otel mağazasından spirtli içki almağa məcbur ediblər.

Seçilən
18
publika.az

1Mənbələr