Şəmkir rayonunda yanğın olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Kənd sakinlərinin birinin həyətində olan fermada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir və Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı fermada olan mal-qara xilas edilib. Yanğın söndürülüb və fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.