“Kəpəz”də daha 4 ayrılıq gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisi müqaviləsi başa çatan Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə anlaşmanı yeniləməyib. Hər üç legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb. Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.
“Kəpəz” bu gün Yeqor Xvalko ilə də vidalaşıb.