Bakının Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
Onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb./Report
Tarix: 28 İyun 2025, 18:13