İki gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən 28 yaşlı gəncin real görüntüləri yayılıb.
News24.az xəbər verir ki, bu barədə Avtosfer.az-a həmin şəxsin yaxınları məlumat verib.
Belə ki, hadisə zamanı asfalt örtüyü qəfil çöküb və həmin şəxs oraya yıxılıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.