RU

Lyuka düşən kişinin real görüntüləri: Hadisə belə olub - Video


İki gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən 28 yaşlı gəncin real görüntüləri yayılıb.

News24.az xəbər verir ki, bu barədə Avtosfer.az-a həmin şəxsin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı asfalt örtüyü qəfil çöküb və həmin şəxs oraya yıxılıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Избранный
35
5
news24.az

10Источники