AZ

Öldürülənlərin meyitləri bu tarixdə Azərbaycana yola salınacaq

Publika.az

Nida.azRəsmi xronikaQırmızı.azDünyaStringer.azTabloid.azEkopublika.azBilgi.azMistikaİdmanLayihələr

Bizi izləyinfacebook instagram twitter youtube telegram tiktok

Axtar...


Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.

News24.az “Report”a istinadən xəbər verir ki, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.


 


Seçilən
16
34
news24.az

10Mənbələr