Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb.
Far.Az APA-ya xəbər verir ki, gəncin meyiti Hövsan qəsəbəsində aşkarlanıb.
Qeyd edəki ki, iyunun 26-ı axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində 27 yaşlı Cümşüd Cümşüdov kanalizasiya quyusuna düşüb.