AZ

“Bu, azərbaycanlılara qarşı yürüdülən məqsədyönlü siyasətdir” — Professor

Rusiyanın Yekaterinburq şəhərindən aldığımız xəbər bizi dərindən sarsıtdı. Orada iki qardaş və əmioğlunun da daxil olduğu on bir nəfərə yaxın qohum-əqrəbası vəhşicəsinə döyülüb. Təəssüf ki, bu şəxslərdən iki qardaş və bir əmioğlu faciəli şəkildə qətlə yetirilib. Ən dəhşətlisi odur ki, bu insanlara işgəncələr ailə üzvlərinin gözü qarşısında verilib. Hətta ailə üzvlərinin özləri də fiziki işgəncələrə məruz qalıblar. Bu, heç bir halda bağışlanası hal deyil.

Ölkə.Az xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında tarixçi alim, professor Boran Əziz bildirib.

Onun sözlərinə görə, baş verən hadisə təsadüfi deyil:

“İnsanı düşündürən əsas sual budur: əgər bu şəxslərin hər hansı bir qanunsuz hərəkətdə iştirakı ehtimal edilirdisə, niyə onlar sivil şəkildə saxlanılıb istintaqa cəlb olunmadı? Bu dərəcədə vəhşiliyə nə ehtiyac var idi?

Bu, Rusiyada xüsusi xidmət orqanlarının və OMON-un azərbaycanlılara qarşı yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu, ilk belə hadisə deyil və çox təəssüf ki, sonuncu da olmayacaq. Biz, ziyalılar olaraq bu vəhşiliyə qarşı etirazımızı bildiririk və həmvətənlərimizi diqqətli olmağa çağırırıq”.

Professor xatırladıb ki, qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli rus ədəbiyyatından tərcümələr edərək, Azərbaycan oxucusuna təqdim edir:

“O, Azərbaycan və Rusiya mədəniyyəti arasında körpü qurmağa xidmət edirdi. Belə bir şəxsin yaxınını Rusiyada qətlə yetirmək mədəni və əxlaqi dəyərlər fərqini nümayiş etdirir”.

B.Əziz əlavə edib ki, qətlə yetirilənlərin digər qardaşı Bakir uzun illər rus dili müəllimi işləyib:

“O, rus dilini və mədəniyyətini təbliğ edirdi. Belə bir insana qarşı bu cür zorakılıq başadüşülən deyil. O da hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

Seçilən
22
3
olke.az

10Mənbələr