AZ

Futbol üzrə Azərbaycan millisi Rusiya ilə qarşılaşa bilər

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov “sport24.ru” saytına müsahibəsində deyib.

O, Rusiyanın Belarusla iki yoxlama oyunu keçirdiyi halda, Azərbaycan, Qazaxıstan və Ermənistan kimi dost ölkələrlə qarşılaşmaması ilə bağlı sualı cavablayıb: “Bu millilərlə də oynayacağıq”.

Qeyd edək ki, Rusiya Ukraynaya hərbi təcavüz etdiyi üçün FIFA və UEFA bayraqları altında təşkil olunan bütün turnirlərdən kənarlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
metbuat.az

10Mənbələr