AZ

Fransada seçkilərə ÇAĞIRIŞ- Makron hakimiyyəti təhlükədə?

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen tərəfdarlarını ölkədə mümkün parlament seçkilərinə hazırlaşmağa çağırıb. Siyasətçinin müraciəti onun YouTube kanalında dərc olunub. Le Penin fikrincə, növbədənkənar seçkilər Fransanın hazırkı prezidenti Emmanuel Makronun “düşərgəsində” parçalanma fonunda keçirilə bilər . "Parlamentin buraxılmayacağına özümüzü inandırmaq təhlükəli olardı. Qərar olana qədər biz bütün variantları nəzərdən keçirməliyik. Bizim borcumuz iyulun 7-dən belə bir məqama hazır olmaqdır", - Marin bildirib. O, həmçinin əlavə edib ki, Makron tərəfdarları prezidentyönlü blok daxilində parçalanmanın davam etməsinə imkan verməməlidirlər.

Daha əvvəl məlum olmuşdu ki, Makron Türkiyə lideri Rəcəb Ərdoğanla qəribə əl sıxmasına görə Fransada ələ salınıb.

Seçilən
24
Ajans.az

1Mənbələr