AZ

Avropa və Azərbaycanda sübut etmək istəyirik ki...

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

“Sabah”ın yeni transferi Kamran Məmmədov klubunun mətbuat xidmətinə müsahibə verib."Football-plus.az" xəbər verir ki, 2 ildən sonra “Neftçi”dən Bakı təmsilçisinə qayıdan basketbolçu hədəflərini açıqlayıb.- “Sabah”a qayıdacağınızı eşidəndə hansı hissləri keçirdiz?- Çox sevindim. Çünki iki ildən sonra doğma yerə qayıdıram. Kluba mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Ümid edirəm ki, bunu doğruldacam.- Komanda bu iki ildə necə dəyişib?- “Sabah” bu iki ildə çox inkişaf edib. Düşünürəm ki, komanda basketbolda böyük iş görüb. İki ildə iki-üç pillə yüksəlib.- Kluba keçdikdən sonra əsas motivasiyanız nədi?- Əsas motivasiyam bu güclü komandada oynamağa layiq olduğumu sübut etməkdi.- Son 2 ildə həm oyunçu, həm insan kimi nədə inkişaf etdiz?- Məncə, həm oyunçu, həm də insan kimi əsas uğurum böyüməkdi. Daha çox təcrübə qazandım. Ümid edirəm ki, bu təcrübəni oynayacağımız səviyyədə tətbiq edə bilərəm.- “Sabah”da reallaşdırmaq istədiyiniz məqsədləriniz varmı?- Avropa və Azərbaycanda sübut etmək istəyirik ki, klubumuz Çempionlar Liqasında yaxşı oynaya bilər.- Azarkeşlərə nə demək istərdiz?- Etimadınıza görə təşəkkür edirəm. Sizi oyunlarda gözləyirik. Hamınızı görməyə şad olaram. Gəlin “Sabah”a azarkeşlik edin.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
icma.az

5Mənbələr