AZ

“Cəhənnəm olsun, getsin!” Kılıçdaroğluna belə söz deyən olmamışdı + VİDEO

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Qardaş ölkə Türkiyədə 85 yaşlı bir qadının Kamal Kılıçdaroğluna qarşı dediyi sözlər gündəm olub.

Yenisabah.az xəbər verir ki, Halk TV-də yayımlanan küçə reportajında danışan nənə Kılıçdaroğluna görə çox əsəbləşdiyini açıq şəkildə deyib.

“Kılıçdaroğluna əsəbləşirəm, cəhənnəm olsun, getsin o!” – deyə danışan qadının bu sözləri ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb.

Sosial şəbəkələrdə geniş yayılan görüntülər qısa müddətdə müzakirələrə səbəb olub. Bir çoxları qadının cəsarətini təqdir etsə də, bəziləri bu yaşda bir şəxsin belə sərt danışmasına təəccüb etdiklərini bildirib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu uzun illər Türkiyədə müxalifət lideri olub, lakin son prezident seçkilərindən sonra partiya rəhbərliyindən uzaqlaşıb.

Əsmətxanım Rzazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
yenisabah.az

2Mənbələr