AZ

Teylor Frits İstburnda çempion oldu

Dünyanın 5-ci raketi olan amerikalı tennisçi Teylor Frits Böyük Britaniyanın İstburn şəhərində keçirilən ATP-250 kateqoriyalı çimərlik turnirinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında Frits həmvətəni Censon Bruksbini 7:5, 6:1 hesabı ilə məğlub edib.

Görüş 1 saat 26 dəqiqə davam edib. 

Bu qələbə Teylor Frits üçün karyerasında 10-cu, 2024 mövsümündə isə ikinci titul olub. Amerikalı tennisçi daha əvvəl Almaniyanın Ştutqart şəhərində keçirilən ATP-250 turnirində də çempionluq sevinci yaşamışdı.

Seçilən
22
90deqiqe.az

1Mənbələr