AZ

Azərbaycan millisi Belarusa 3 cavabsız qolla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlamaq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Seçilən
23
5
arena.az

2Mənbələr