Almaniyanın “Bavariya” klubunun hücumçusu Tomas Müller gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın “DAZN”a istinadən məlumatına görə, 35 yaşlı futbolçu Münhen təmsilçisindən ayrıldıqdan sonra karyerasını başa vurmaq ehtimalını istisna etmir.
“Bəlkə də, karyeramı bitirmək qərarını verəcəyəm. Belə bir variant mümkündür. Hələlik “Bavariya” ilə müqaviləm iyulun sonunadək qüvvədədir. Özümü rahat hiss edirəm”
Qeyd edək ki, Tomas Müller 2009-cu ildən bu yana “Bavariya”nın formasını geyinir. O, geridə qalan mövsümdə Bundesliqada 30 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.