AZ

"Arsenal" A Seriyasının ən yaxşı hücumçusuna göz dikib

“Arsenal” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın “Football Italia" nəşrinə istinadən məlumatına görə, “topçular” yenidən “Atalanta”nın futbolçusu Adebula Lukmanı transfer siyahısına daxil ediblər.

Bildirilib ki, “Arsenal” nigeriyalı hücumçunun agenti ilə yenidən danışıqları bərpa edib.

Hazırda “Atalanta” 26 yaşlı futbolçu üçün 45–50 milyon avro aralığında təzminat tələb edir.

Lukman 2024/2025 mövsümündə İtaliya klubunun heyətində 40 oyunda meydana çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” ötən mövsüm Premyer Liqanı ikinci pillədə tamamlayıb.

Seçilən
54
22
90deqiqe.az

10Mənbələr