Rusiya hava hücumundan müdafiə sistemləri iyunun 27 və 28-də Ukraynaya məxsus 31 PUA-nı vurub .
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, Krım Respublikasında 9, Bryansk vilayətində 6, Smolensk vilayətində 5, Qara dəniz üzərində 5, Azov dənizinin suları üzərində 2, Oryol vilayətində 1, Belqorod vilayətində 1, Krasnodar vilayətində 1, Kaluqa vilayətində 1 pilotsuz uçuş aparatı vurulub .