Portuqaliyalı futbolçular Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeydanın “Kəpəz”lə müqaviləsinin müddəti başa çatıb.
Rekord.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyunçuların “Kəpəz”lə bağlılığı qalmayıb.
"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda komandanın şərəfini qoruyub.
Klub xidmətlərinə görə bu oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.