AZ

Yunanıstanda yüksək temperatur səbəbilə əlavə təhlükəsizlik tədbirləri görülüb

Bakı. Trend:

Yunanıstan hakimiyyəti ölkəni bürüyən güclü istilərlə əlaqədarbir sıra əlavə təhlükəsizlik tədbirləri tətbiq edib.

Trend-inməlumatına görə, cümə günü gündüz saatlarında havanıntemperaturunun 40°C-i keçməsi fonunda tikinti sahələrində və kuryerxidmətlərində çalışan işçilərin saat 09:00-dan 14:00-a qədər açıqhavada işləməsi qadağan olunub.

Hökumət işəgötürənləri mümkün olan hallarda işçilərə uzaqdançalışma imkanı yaratmağa çağırıb. Eyni zamanda, ictimaiyyətə gününən isti saatlarında səyahətdən çəkinmək və açıq havada uzun müddətqalmamaq tövsiyə olunub.

Qeyd edək ki, iyunun 28-də Afina şəhərində hava temperaturu40°C-dən yuxarı qalxıb. İsti hava dalğasının yaxın günlərdə dədavam edəcəyi gözlənilir.

Seçilən
58
az.trend.az

1Mənbələr