AZ

Azərbaycandakı Rus İcmasıYEKATERİNBURQ QƏTLİAMINDAN MƏLUMATSIZDIR

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən soydaşlarımız kütləvi şəkildə həbs edilib.İlkin məlumatlaa görə, 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib. Rusiya tərəfinin absurd açıqlamasına görə, bu hadisə 2001-ci ildə həmin şəhərdə baş verən cinayət işi ilə bağlıdır. Ancaq hüquqi dövlətdə ən dəhşətli cinayət törədənlər belə məhkəmə qarşısına çıxarılır, qətlə yetirilmir. Bariz nümunə Xocalı soyqırımını törədənlərin Azərbaycandakı məhkəməsidir.  Ancaq görünən odur ki, Rusiya cəngənllik qanunları ilə idarə edilir.

 

Modern.az-da düşünüblər ki, Azərbaycandakı Rus İcmasının bu qətliamla bağlı açıqlaması vacibdir.

 

Saytın əməkdaşı məsələ ilə bağlı Azərbaycanda Rus İcmasının mövqeyini öyrənməyə çalışıb.

 

İcmanın sədri, Milli Məclisin deputatı Mixail Zabelin sayta açıqlamasında bildirib ki, hadisə ilə bağlı dəqiq məlumatlı deyil: “Hadisə ilə bağlı məlumatlı deyiləm. Bunun niyə və hansı səbəbə görə baş verdiyini bilmirəm. Araşdırma, rəsmi rəylər lazımdır. Məsələylə bağlı birinci gün daha düzgün münasibət bildirə bilərəm“, - deyə o vurğulayıb.

Seçilən
5
2
senzor.az

10Mənbələr