AZ

“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz”-ETİRAZ+ÖZƏL

“Mən seriallara çəkilən aktyorlardan deyiləm. Deyim ki, bəyənmirəm? Xeyr, yalan olar. Heç izləmirəm də. Bəzən Rövşən İsaxın seriallarını izləyirəm. Bir də o vaxtı “Qaynanamız” serialına çəkilmişdim. Ondan sonra çəkilməmişəm. Heç bilmirəm ki, nə qədər qonorar verirlər?”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib.
 
O daha sonra bildirib ki, fəxri adı olanlar yüksək qonorar almalıdır. O fikirlərini belə əsaslandırıb:
 
“Məncə hər aktyorun öz qiyməti var. 50 ildən çoxdur ki, çalışıram, xalq artistiyəm, hərhalda qonorarım yüksək olmalıdır da. Rasim Balayevə Allah can sağlığı versin. Onun bir sözünü qulağımda sırğa etmişəm. Deyir, qonaq gedirsən, ev yiyəsi elə-belə qonağa qəndlə çay verir, bir az yaxınındırsa ona mürəbbəli çay verir, lap yaxın qohumu gəlirsə ona balla çay verir. Deyir mən balla çay içən qonaqlardanam. Yəni, bu o deməkdir ki, mənim qonorarım çoxdur. Küçədən keçənlə Rasim Balayevə eyni qonorarı vermək olmaz axı.. Mənə də həmçinin. Heç kimdən də soruşmuram ki, nə qədər alırsan? Heç kimin pulunu saymıram. 1-2 reklama dəvət ediblər, istədiyim məbləği də ödəyiblər. Xahiş ediblər ki, o biri aktyorlara deməyin ki, sizə nə qədər qonorar vermişik. Çünki həmkarım fəxri adı olmayan aktyor olub. Hərhalda mənimlə adi aktyorun qonorarı da fərqləndirilməlidir” deyə sənətkar bildirib.
Seçilən
0
1
moderator.az

2Mənbələr