AZ

Avropa çempionatı: İngilislər almanları məğlub edib kuboka sahib oldular

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İngiltərə yığması gənclər arasında futbol üzrə Avropa çempionatının final oyununda Almaniyaya əlavə vaxtdan sonra 3:2 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, final matçı Slovakiyada keçirilib.

Qaliblərin qollarını Harvi Elliott (5-ci dəqiqə), Omari Hatçinson (25) və Conatan Rou (92) vurub. Almaniyadan Nelson Viper (45+1) və Pol Nebel (61) fərqlənib.

Üçüncü yeri Niderland və Fransa komandaları bölüşüblər.

İngiltərə yığması ardıcıl ikinci dəfə turnirin qalibi olub. 2023-cü ildə İngiltərə komandası finalda ispanları məğlub edib (1:0).

Turnirdə qələbələrin sayına görə rekordçular hərəyə beş dəfə gənclər arasında Avropa çempionatının qalibi olmuş İspaniya və İtaliya komandalarıdır. İngiltərə komandası dördüncü, almanlar üç dəfə kuboku qazanıb.

KDÇ: “Mançester Siti”dən darmadağın, “Real”dan inamlı qələbə

KDÇ: 1/8 finala vəsiqə qazanan 14 komanda bəlli olub

DÇ: “Dortmund” və “Fluminense” 1/8 finalda - YENİLƏNİB

DÇ: Daha 4 komanda pley-offa vəsiqə qazanıb - YENİLƏNİB

KDÇ: Pley-offa vəsiqə qazanan 8 komanda bəlli olub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
6
apasport.az

7Mənbələr