BAKI, 29 iyun. TELEQRAF
"Kollektiv Qərb Rusiyaya strateji məğlubiyyət yaşatmağa çalışır, lakin bu mümkün olmayacaq".
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
“Biz ölkəmizlə kollektiv Qərb arasında görünməmiş qarşıdurmanın şahidiyik. Qərb növbəti dəfə bizə qarşı müharibə aparmaq və Rusiyanı strateji məğlubiyyətə uğratmaq qərarına gəlib. Bunun üçün isə, əslində, Kiyevdəki rejimdən bir vasitə kimi istifadə edir. Qərbin bu cəhdləri heç vaxt nəticə verməyib, bu dəfə də verməyəcək,” – Lavrov bildirib.