AZ

De la Fuente “Qızıl top”a kimi layiq görür?

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente cari mövsümün “Qızıl top” mükafatı ilə bağlı sualı cavablayıb.

Arena.az “Marca” nəşrinə istinadən, 64 yaşlı ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Mən istərdim ki, mükafatı ispan oyunçu alsın. Lamin Yamal və ya Pedri – onların hər ikisi çox yaxşıdırlar, mən onlara xüsusi bağlılıq duyuram. Belə ki, onların hər ikisi mənim rəhbərliyim altında debüt ediblər: Lamin – əsas yığma komandada, Pedri isə – gənclər komandasında”, deyə De la Fuente vurğulayıb.

Xatırladaq ki, hazırda əksər aparıcı nəşrlər cari mövsümün “Qızıl top” mükafatını qazanmağa əsas namizəd olaraq, PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembeleni göstərirlər.

Seçilən
49
arena.az

1Mənbələr