AZ

İranın Evin həbsxanasında İsrailin zərbəsi nəticəsində 71 nəfər ölüb

İsrailin Tehranın “Evin” həbsxanasına endirdiyi zərbə nəticəsində 71 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın məhkəmə və ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir bildirib.
Onun sözlərinə görə, ölənlər arasında inzibati heyət, əsgərlər, məhbuslar, ziyarətə gələn və ya hüquqi məsələlərlə məşğul olan məhbusların ailə üzvləri və həbsxana yaxınlığında yaşayanlar var.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İranla 12 günlük müharibədə 23 iyun tarixində Tehranın “Evin” həbsxanasına hava zərbələri endirib.

Seçilən
12
5
unikal.az

6Mənbələr