AZ

Tramp girovların azad edilməsinə çağırış edib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad edilməsinə çağırış edib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb.

“Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə o yazıb.

Bundan əvvəl Tramp Qəzza sektorunda münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ-nin İranda nüvə obyektlərinə endirdiyi zərbələr Qəzza anklavında saxlanılan girovların azad olunmasına təkan verə bilər.

Seçilən
49
50
operativmedia.az

10Mənbələr