AZ

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq halları, eləcə də bu cür hadisələrin son dövrlərdə sistematik xarakter alması səbəbindən, Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələr xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilib.

 

Mədəniyyət Nazirliyindən Sfera.az-a verilən məlumata görə, ləğv olunan tədbirlərə konsertlər, festivallar, tamaşalar, sərgilər və digər mədəni proqramlar daxildir.

 

Biletləri öncədən əldə etmiş vətəndaşlar ödənişlərin geri qaytarılması üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.

 

 

Seçilən
3
6
sfera.az

7Mənbələr