AZ

Humanizmdən dəm vuran Rusiyanın əsl siması ortaya çıxdı VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanılması humanizmdən dəm vuran Rusiya dövlətinin əsl mahiyyətini ortaya qoydu. Hadisə şahidlərinin dediklərindən aydın olan odur ki, maskalı şəxslər onların evlərinə soxularaq, heç bir səbəb gətirmədən soydaşlarımızı dözülməz işgəncələrə məruz qoyublar. Baş verənlər, soydaşlarımıza qarşı sərgilənən bu davranış rus şovinizminin bariz nümunəsidir.

Mövzu ilə bağlı AZƏRTAC politoloqların fikirlərini öyrənib. Daha ətraflı videomaterialda izləyə bilərsiniz.

Seçilən
7
2
azertag.az

2Mənbələr