AZ

Lənkəranda istirahət mərkəzin müdiri BIÇAQLANDI – YENİLƏNİB

Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

12:27

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin “Böyük Bazar” deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən “Pambayi” istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
16
nocomment.az

10Mənbələr