"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 1-də Hünər təlim-məşq bazasındaçalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək Tovuz təmsilçisi iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta