AZ

“Turan Tovuz” yeni mövsüm üçün hazırlığa başladı

“Turan Tovuz” komandası futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün hazırlığına start verib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi bu gün ilk məşqinə çıxıb. Tovuzlular toplanışın ilk hissəsini Hünər təlim-məşq bazasında keçirirlər.

“Turan Tovuz” iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında olacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Seçilən
7
30
arena.az

10Mənbələr