AZ

Rusiya tərəfindən Azərbaycana qarşı qərəzli siyasət aparılır - Fariz İsmayılzadə

Bakı.Trend:

Azərbaycana qarşı qərəzli siyasət aparılır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Onun sözlərinə görə xarici siyasətdə olan uğurlarımız çoxölkəni, o cümlədən Rusiyanı da narahat edir.

"Bizə qarşı təzyiqlər artırılır. Biz bunu həm təyyarəninvurulmasında , həm Rusiyadan olan kiber hücumlar zamanı, həmçininYekaterinburq hadisələrində etnik azərbaycanlılara qarşı olanzorakılıq zamanı da gördük. Bütün bunlar göstərir ki, Azərbaycanınuğurları qısqanclıq yaradır. Bizə hərtərəfli təzyiqlər artır".
"Biz bunu qətiyyən qəbul etmirik. Azərbaycan öz xarici siyasətindəbərabərhüquqlu, qarşılıqlı hörmət tərəfdarıdır. Əgər belə hadisələrbaş verərsə, təbii ki, bu bizim münasibətlərimizə təsir edəcək.Eyni zamanda azərbaycanlı deputatın da Rusiya ərazisinəburaxılmaması həmin bu siyasətin tərkib hissəsidir. Biz bunu qətiqınayırıq və tənqid edirik. Rusiyadan daha praqmatik və hörmətlimünasibət gözləyirik"-deyə F.İsmayılzadə qeyd edib.

Seçilən
43
1
az.trend.az

2Mənbələr