AZ

Paşinyan və Makron arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bu barədə Paşinyan öz "X" hesabında məlumat verib:

“Prezident Makronla telefon danışığı apardım. İkitərəfli, regional və beynəlxalq gündəlikdə olan əsas məsələləri, o cümlədən Ermənistan hökumətinin sülh strategiyasını müzakirə etdik.”

Baş nazir Fransa liderinə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkürünü bildirib.

Seçilən
21
44
operativmedia.az

10Mənbələr