Demokrat.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklərin edilməsi planlaşdırılır:
“Birinci və üçüncü günlər üçün heyət faktiki olaraq dəyişməz qalacaq, təşkilatçılar isə ikinci və dördüncü günlər üçün yeni adlar hazırlayacaqlar. Dünyanın dörd bir yanından gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq”.
Zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
10Mənbələr
-
news24.azRusiya ilə bağlı qərar: Emin siyahını dəyişdi ( 18748120)
-
bakuinfo.netRusiya ilə bağlı qərar: Emin siyahını dəyişdi ( 18749113)
-
turkustan.azRusiya ilə bağlı qərar: Emin Ağalarov da proqramını dəyişdi ( 18749050)
-
pravda.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək ( 18748564)
-
sitat.infoEmin Ağalarovdan Rusiya ilə bağlı paylaşım ( 18747799)
-
sitat.infoEmin Ağalarovdan Rusiya ilə bağlı paylaşım ( 18747787)
-
axar.azRusiya ilə bağlı qərar: Emin siyahını dəyişdi ( 18747592)
-
modern.azRusiya ilə bağlı qərar verildi Emin Ağalarov siyahını dəyişdi ( 18746119)
-
modern.azRusiya ilə bağlı qərar verildi - Emin Ağalarov siyahını dəyişdi ( 18746092)
-
nuh.azRusiya ilə bağlı qərar -Dream Fest-ə də təsir etdi – Siyahı dəyişəcək ( 18745825)