Demokrat.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklərin edilməsi planlaşdırılır:
“Birinci və üçüncü günlər üçün heyət faktiki olaraq dəyişməz qalacaq, təşkilatçılar isə ikinci və dördüncü günlər üçün yeni adlar hazırlayacaqlar. Dünyanın dörd bir yanından gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq”.
Zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
8Источники
-
afn.az"Dream Fest 2025"-in proqramı dəyişdirildi - Yekaterinburq hadisələrinə görə ( 18744181)
-
publika.azEmin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir ( 18743878)
-
publika.azEmin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir ( 18743785)
-
news365.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək ( 18743203)
-
yenilik.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək ( 18743173)
-
konkret.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi – Siyahı dəyişəcək ( 18742909)
-
moderator.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi - Siyahı dəyişəcək ( 18742681)
-
demokrat.azRusiya ilə bağlı qərar “Dream Fest”ə də təsir etdi — Siyahı dəyişəcək ( 18742426)