AZ

Rusiyada türklərə qarşı həyata keçirilən amansız siyasətin lazımi cavabı verilməlidir

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Uzun müddətdir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın repressiv rejiminə kim “dur” deyəcək? Regionun sülhə və sabitliyə ehtiyac duyduğu bir vaxtda bu cür hərəkətlər qəbuledilməzdir”.Newscenter.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən qəddarlıqla bağlı danışan İSTAD sədri deyib: “Rusiya Federasiyasında yaşayan türklərə, müsəlmanlara qarşı təzyiqlər, həyata keçirilən repressiv tədbirlər qəbuledilməz. Türk Dövlətləri Təşkilatı bu məsələdə təşəbbüs göstərməlidir. Türklərə qarşı həyata keçirilən bu amansız siyasətin lazımi cavabı verilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
newscenter.az

10Mənbələr