Bakı. Trend:
Bir neçə gün öncə “Baksol” adlandırılan ərazidə baş vermişbədbəxt hadisə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininxidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuşərazidə qeydə alınmışdır.
Agentlikdən Trend-ə bildirilib ki, Bakı şəhərində yolun hərəkəthissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçünnəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və xidmətgöstərdiyimiz sahələrə aid olunmur.
"Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin başvermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialarirəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturuelementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.
Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktivquruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heçbir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolunaltından keçən kommunikasiya xətlərində yaranan texnikinasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqlarınaradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmətgöstərən aidiyyəti qurumların səlahiyyətindədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq baş vermişhadisədən dərin təəssüf hissi keçirdiyimizi bildirir, hadisənəticəsində həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarınasəmimi-qəlbdən başsağlığı veririk", - deyə bildirilib.