Arnold Şvartsenegger ona ən çox pul qazandıran filmin adını açıqlayıb.
Publika.az xəbər verir ki, söhbət “Terminator”dan getmir. Kino karyerası ərzində Arnold Şvartsenegger təsirli bir sərvət qazanıb. Pərəstişkarlarının təxminlərinin əksinə olaraq, onun əsas qazanc payı döyüş filmlərindən olmayıb.
Şvartsenegger “Əkizlər” filminin ona ən çox gəlir gətirdiyini bildirib. Film 1988-ci ildə ekranlara çıxıb və Arnoldun ortağı Denni De Vito idi. Aktyor filmdəki baş rola görə təxminən 35 milyon dollar alıb.