"Kəpəz" klub iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, Mahamadu Ba və Paçu Lira daha iki il müddətinə Gəncə təmsilçisində çıxış edəcək.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.
Qeyd edək ki, "Kəpəz" daha öncə Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yolları ayırıb.