Bu gün "Formula 1" üzrə Avstriya Qran-Prisi baş tutub. 

Offsideplus.az xəbər verir ki, Lando Norrisin birinci, Oskar Piastrinin ikinci yeri tutması ilə "Maklaren" dubla imza atıb. Üçüncü yerdə "Ferrari"dən Şarl Lekler qərarlaşıb. Monakolu pilotun komanda yoldaşı Lüis Hemilton 5-ci olub. 

Çempionluq uğrunda yarışı davam etdirən "Red Bull" pilotu Maks Verstappen yarışın startında Kimi Antonellinin ("Mersedes") ona toxunuşu nəticəsində mübarizəni erkən dayandırıb. "Qırmızı öküzlər"in digər pilotu Yuki Tsunoda yarışı 16-cı yerdə bitirib və gün komanda üçün uğursuz olub. 

Qeyd edək ki, sürücülərin turnir cədvəlində 216 xalla Piastrinin liderliyi davam edir. Norris 201 xalla ikinci, Maks 155 xalla üçüncüdür.