AZ

Avropa Xalq Partiyasının rəhbəri: ABŞ artıq Avropanın müdafiəsini təmin etməyəcək

BAKI, 29 iyun. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropanı xarici təhdidlərdən silahlı müdafiə etdiyi dövr keçmişdə qaldı. İndi Avropa öz təhlükəsizlik sistemini özü qurmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber bildirib.

"Bizə həqiqi Avropa müdafiə ittifaqı lazımdır. 350 milyon amerikalı 450 milyon avropalını müdafiə etməyə davam etməyəcək", - Avropa Parlamentində ən böyük fraksiyaya sahib olan partiyanın lideri qeyd edib.

Veberin sözlərinə görə, Avropa ölkələri yalnız birlikdə hərəkət edərək yüksək texnologiyalı silahların yaradılmasına səmərəli şəkildə sərmayə qoya bilər. O, "flaqman layihələrin müəyyənləşdirilməsi" zərurətini vurğulayaraq, nümunə kimi "raket əleyhinə birgə müdafiə sistemi, kibermüdafiə briqadası", həmçinin "hava müşahidə sistemi"nin yaradılmasını qeyd edib.

“Yeni geosiyasi şəraitdə Avropa dünyada öz maraqlarını yalnız vahid səslə danışdığı təqdirdə təmsil edə bilər. Avropa yalnız formalaşan xarici siyasi vəziyyətə sürətlə reaksiya verə bildikdə və eyni düşüncəli ölkələrlə birlikdə işləyə bildikdə güclü ola bilər” - Veber əlavə edib.

Seçilən
11
50
teleqraf.com

10Mənbələr