AZ

Samuxda evdən 86 yaşlı qadının yanmış cəsədi tapıldı

Samuxda evdən qadın meyiti tapılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.

Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb ediliblər. pizza hut

Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir. Hadisənin şəxs və ya şəxslər tərəfində törədildiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Seçilən
6
17
yenisabah.az

10Mənbələr