AZ

Mahir Emreli "Kayzerslautern"də ikinci qolunu vurdu

Azərbaycan milli komandasının üzvü Mahir Emreli yeni klubu "Kayzerslatern"də ikinci qolunu vurub.

Milli.Az xəbər verir ki, 27 yaşlı hücumçumuz Almaniyanın Həvəskar Liqasında yarışan "Hermersberq"lə yoxlama görüşündə forma geyinib.

Start heyətdə meydançaya daxil olan Emreli fasilədə əvəzlənib.

O, komandasının 6-cı qoluna imza atıb.

Oyun "Kayzerslatern"in 10:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, dünən Mahir debüt matçında da fərqlənmişdi. Həmvətənimiz "Saar/Lüksemburq fanat yığması" üzərində qazanılan 19:0 hesablı qələbədə 1 qol vurmuşdu.

Milli.Az
 

Seçilən
0
50
milli.az

10Mənbələr